GAZYAĞI OCAĞI

maşınka, pilətə
GAZYAĞI
GEBE
OBASTAN VİKİ
Ağasən ocağı
Ağasən ocağı və ya Piyə Piruzə piri — Yardımlı rayonunun Anzov kəndində pir. Anzov kəndinin mərkəzi hissəsində yerləşir. Bu ocaq əvvəllər Pirə Piruzə, sonralar isə Ağasən ocağı adlanıb. Adı Pirə kimi götürdükdə Piruzə piri alınır. Bundan başqa dialektdə "Piyə" sözü də işlənir ki, bu da Talış dilndə "qoca" deməkdir. Yenə də Piruzə piyəsi alınır. Hər iki halda ocağın qadına məxsus olduğu anlaşılır. Ağasən ocağı adlanması isə onun Ağasənin evinin yanında yerləşməsindən və həmin ocağın Ağasən tərəfindən mühafizə edilməsindən asılıdır. Bu haqda tədqiqarçı -tarixçi Aqşin Əliyev özünün 2018-ci ildə yazdığı Cənub bölgəsinin abidələri ensiklopediyası kitabında geniş məlumat vermişdir. == Mülahizələr == Xalq arasında sadəcə "Ocaq" adlanan bu ziyarətgah (Pirə Piruzə ocağı) müqəddəs ümid, kömək yeridir.
Eşkinci ocağı
Eşkinci Ocağı, Osmanlı sultanı II Mahmud tərəfindən yaradılmış olan bir hərbi quruluşdur. Ələmdar hadisəsindən sonra Yeniçəri Ocağını ləğv etmək istəyən II Mahmud onu əvəz etmək üçün Eşkinci Ocağını qurdu. Bunu təhdid olaraq görən Yeniçərilərin üsyanı Vaqiəyi-Xeyriyyəyə doğru aparan prosesi sürətləndirdi. Üsyanla bərabər Eşkinci Ocağı ləğv edildi.
MirAğaBalım ocağı
Mir Ağa Balım ocağı — Qubadlı rayonunda Dondarlı kəndinin ərazisində, Nəqşibəndi təriqətinin nümayəndəsi Mir Ağa Balımın məzarı yerləşən ziyarətgah. Mir Ağa Balım dövrünün sayılıb seçilən kəramət şeyxlərindən olub, mükəmməl dini — mədrəsə təhsili almışdır. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. == Tarixi == Osmanlı imperiyasının Anadolu əyalətlərində hakimiyyətin təqibi ilə əlaqədar müəyyən cərəyanlara mənsub təriqətlər öz yurdlarını tərk edib, başqa yerlərə köçürdülər. Belə köç edən cərəyanlardan biri də Nəqşibəndi təriqətini təbliğ edən Mir Ağa Balım və onun etiqad yoldaşları Hacı Qaraman Qara Pirim və Sarıca Nəbi idi. Onlar Səfəvi dövlətinə tabe olan Qarabağ vilayətinə gəlmişdi. II Şah Abbasın hökmdarlığı dövründə onlar indiki Laçın rayonunun Cicimli kəndinin yerində kiçik bir obada məskunlaşdılar. Nigari təxəllüsü Mir Həmzə Əfəndi Ağa Balım Həzrətlərinin altıncı arxa övladıdır və öz divanında Ağa Balımdan və Aşıqdan bəhs edir. Səfəvi dövlətinin öndə gələnlərinə "Xan" ləqəbi verilir, onlara böyük torpaq sahələri bağışlardılar. Belə mülkədar təbəqə hər qisim adamdan olurdu və həmçinin seyidlərdən də.
Qaradaş ocağı
Qaradaş ocağı — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Axura kəndinin mərkəzində ziyarətgah. == Tarixi == Axura kəndinin içərisində yerləşir. Qaradaş ocağına indi də inam var. Öz ürəyində arzu və istəyinin həyata keçməsini istəyən şəxslər ocağa nəzir deyir və adamlar arzu, istəklərinə çatdıqda nəziri ocağa aparırlar. Qaradaş ocağının mərkəzində nəhəng prizmatik-konusvari formalı qara daş var. Daşın ətrafına bir neçə kiçik ölçülü daşlar düzülmüşdür. Əfsanəyə görə iri qara daşlar göydən gəlmiş ana, ətrafında olan kiçik daşlar isə onun övladlarıdır. Odur ki, ocağa ancaq qadınlar və uşaqlar girə bilər. Kişilərin ocağa gəlməsi qadağandır. Ocağa qab-qacaq da gətirilir.
Qumbaraçı ocağı
Qumbaraçı ocağı — Osmanlı dövlətinin hərbi təşkilatında qumbara düzəldən və bunu istifadə edənlərin bağlı olduğu təşkilat. Dünyanın ilk hava topu sinifidir. Qumbara dəmir və ya tuncdan tökülmüş əl bombasıdır. Qumbaraçılıq Osmanlı dövlətində XVI əsrdə Mustafa adındakı bir topçu bölük başısının ilk tunc qumbara emalatxanasını qurmasıyla meydana gəlmişdir. 1729-cu ildə Osmanlıya iltica edən və müsəlman olduqdan sonra Əhməd adı verilən Qraf Bonneval tərəfindən inkişaf etdirilib yenidən təşkil edildi. 1783-cü ildə Sədrəzəm Xəlil Həmid Paşa qumbaraçılar üçün yeni tənzimləmələr gətirdi və 1792-ci ildə çıxarılan bir nizamnaməyə əsasən qumbaraçıların səlahiyyətləri artırıldı. Qumbaraçılar, Əhməd Paşanın səyləriylə ordunun ən intizamlı və nizamlı sinifi vəziyyətinə gəlmişdir. Qumbaraçı ocağının islahı ilk olaraq XVIII əsrdə, Qumbaraçı Əhməd Paşa və Sədrəzəm Osman Paşanın istəyi ilə gündəmə gəlmişdir. 1731-ci ildə islah layihəsi hazırlandı və iki il sonra da Üsküdarda Qumbaraçı ocağı quruldu. Beləcə Bosniyadan tutmuş 300 ulufeli qumbaraçı namizədi ilə müxtəlif qalalardan seçilən 300 sipahi qumbaraçılıq təhsilinə başlayaraq qumbara emalatxanasının qurulması yolunda addımlar atıldı.
Sağlamlıq ocağı
Sağlamlıq ocaqları – İctimai Dövlət olmanın gətirdiyi və lazımlılığını doğurduğu bir xidmətdir. İnkişaf etməmiş, inkişaf etməkdə olan bölgələrdə və ya əhali baxımından çox sıxlıq olmayan bölgələrdə qurulan və birinci pillə sağlamlıq xidmətləri verən quruluşlardır. Sağlamlıq ocaqları, xəstəxanalar qədər personal və qaynağa sahib olan xidmətlərini regional olaraq verən sağlamlıq xidmət təşkilatlarıdır. == Sağlamlıq Ocağı Personalı == Bir sağlamlıq ocağının xidməti ən az bir həkim və yetər ədəddə sağlamlıq personalından ibarət olan bir qrup tərəfindən icra edilər. Vəzifə tərifi çərçivəsində sağlamlıq xidmətini təsirli və məhsuldar bir şəkildə yerinə yətirə bilməsi üçün bir sağlamlıq ocağında olması lazım olan personal bu şəkildədir: Pratisyen həkimlər, tibb bacısı, mama, ətraf sağlamlıq texniki, sağlamlıq məmuru, tibbi sekretar, şofer, köməkçi xidmətlər (xadimə, qızdırıcı, bağban, gecə gözətçisi, tenisyen köməkçisi v. b.). == Sağlamlıq ocaqlarının Vəzifə və Məsuliyyətləri == Sağlamlıq ocaqları hər cür qoruyucu həkimlik xidmətləri, xəstələrin müayinə və müalicəsi, sağlamlıq ocağına qeydli şəxslərin sağlamlıq sicillərini tutmaq ilə mükəlləfdir. Sağlamlıq ocağı həkimləri müalicə edə bilmədikləri hadisələri, xəstəxanaya sövğü lazım olan təcili hadisələri vs. vəziyyətlərdə xəstələri xəstəxanaya sövq edə bilərlər. Sağlamlıq ocağında həkim olmadığı vəziyyətlərdə köməkçi sağlamlıq personalı xəstələri sağlamlıq mərkəzləri və xəstəxanalara göndərə bilərlər.
Türk ocağı
Türk ocağı — türk xalqlarının milli ruhda tərbiyəsinə, elmi, ictimai və iqtisadi səviyyəsinin tərəqqisinə nail olmaq məqsədilə yaradılmış cəmiyyət. == Haqqında == 1911-ci ilin martm 12-də İstanbulda təsis olunmuşdur. Cəmiyyət eyni adlı klublar, məktəblər açmağa, kitab və risalələr nəşr etməyə çalışırdı. Həmin dövrdə İstanbulda yaşayan Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Məhəmməd Əmin Rəsulzadə də "Türk ocağı"-nda çalışmışlar. Bakıda da eyni adlı xeyriyyə cəmiyyəti yaradılmışdı. 1918-ci ilin sentyabrın 24-də Cavad Axundzadə (Əhməd Cavad), Abdulla Şaiq Tahbzadə, Abbasqulu Kazımzadə, Kərbəlayi Vəli Mikayılzadə və Tağı Nağızadə Bakı şəhər komendatına müraciətlə, "Osmanlı türkləri ilə Azəri türklərini bir-birinə yaxından tanıtmaq üçün" bir "Türk ocağı" cəmiyyəti açmağa icazə verilməsini xahiş etmişdilər. Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşir müraciət ərizəsinin üzərində belə bir kənar qoymuşdu: "Türk ocağı"nın proqramı dairəsində açılmasına məhdudiyyət yoxdur". Oktyabrın 7-də cəmiyyətin açılmasına icazə verilməsi barədə Bakı vitse qubernatorunun imzası və qubernatorluğun möhürü ilə təsdiqlənmiş 731 saylı vəşiqə verilmişdi. Abdulla Şaiq onun surətində vəsiqəni aldığını və proqramın iki nüsxəsini təqdim etməyi öhdəsinə götürdüyünü yazmışdı. "Azərbaycan" qəzetinin 1918-ci il 6 noyabr tarixli 32-ci sayında hökumət tərəfındən "Türk ocağı" cəmiyyətinin yaradılmasına icazə verildiyi bildirilərək, onun məram və məqsədi barədə yazılmışdı: "İndi türklüyü sevən, millətinə kömək etmək istəyən hər bir ziyalı türk, bu ocağın başına yığışmalı, bu ocağı öz səyi və müavinəti ilə işıqlandırmalı, hərarətləndirməlidir ki, bu ocaq da öz işığı ilə millətimizi işıqlandırıb, öz istisi ilə milli vücudumuzu isindirə bilsin".
Vulkan ocağı
Vulkan ocağı (rus. вулканический очаг, ing. magma chamber, volcanic focus, magma reservoir, pocket of magma) — yer qabığında və ya yerin üst mantiyasında vulkanı qidalandıran, təcrid olunmuş maqma kamerası və ya çəlləyi. Vulkan ocağı 50 — dərinlikdə yerləşir.
Yeniçəri Ocağı
Yeniçərilər (türk. Yeniçeri) — yeni döyüşçü, XIV–XIX əsrlərdə Osmanlı ordusunda daimi piyada qoşunu. Yeniçərilər sipaxlar və akıncalarla birlikdə imperiya qoşununun əsasını təşkil edirdilər. Kapıkuluların (sultanın qullardan ibarət şəxsi qvardiyası) tərkib hissəsi idilər. Yeniçərilər dövlətdə həmçinin polis rolunu oynayırdılar. Onlar dərviş libasına bənzəyən libas geyinir, bayraqlarında isə şiə nişanı — Həzrət Əlinin zülfüqarı və əl təsvir olunmuş nişan gəzdirirdilər. == Yaranması == Yeniçəri Sultan Muradın hakimiyyəti dönəmində təşəkkül tapdı. Osmanlılar tutduqları ərazilərdə 8–18 yaşlı xristian uşaqları toplayaraq İstanbula yollayır və onlara məcburi İslamı qəbul etdirirdilər. Müsəlmanlaşdırılmış uşaqlara 12 ilə yaxın məşq keçirilirdi. Onlara at çapmaq, ox atmaq, qılıncdan istifadə öyrədilirdi.
Zəlzələ ocağı
Zəlzələ ocağı (rus. очаг землетрясения, ing. seismic focus, focus of earthquake) — uzun müddət toplanmış enerjinin boşalması sayəsində kütlənin çox sürətlə yerdəyişməsinə səbəb olan, yeraltı təkanın yarandığı sahə. Zəlzələ ocağı Yer qabığında və ust mantiyada yerləşir və adətən geoloji qırılmalara uyğun gəlir. == Zəlzələ ocaqlarının parametrlərinin təyini == Seysmoqramlarda seysmik dalğaların analizi (seysmik dalğaların gəlmə anlarının, onların baş-lanğıclarının işarələrinin, maksimum ampli-tudlarının və onlara uyğun periodlarının təyini və s.) əslində zəlzələ ocağının bu və ya digər para-metrlərini müəyyənləşdirməsinə xidmət edir. Zəlzələ ocağının koordinatlarını təyin etmə metodları müxtəlif olsa da onların əsasını bir prinsip təşkil edir. Bu prinsip zəlzələnin episentri ilə müşahidə məntəqəsi arasındakı məsafəyə və sey-smik dalğaların bu məsafəni keçmə müddətlərinə əsasən təyin edilməsindən ibarətdir. (Maksimum yazının əvvəlindən aşağıdakı intervallarda yerləşir: A- 4–10 san. intervalında, JK-a, b; JKM-v, q. B- 25saniyəyə qədər olan intervalda, JK-a, b; JKM-v, q V- 25 saniyəyə qədər olan intervaldan sonra,.
İlan ocağı
İlan ocağı — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Zeyvə kəndində ziyarətgah. Pirin yerində əvvəllər möhrədən tikilmiş bina olmuşdur. Hazırda yenidən bərpa olunmuş və onun yerində səkkizguşəli bina inşa edilmişdir. Hər guşənin bir pəncərəsi var. Binanın tavanı konusvarı günbəzlə örtülmüşdür. Qapı və pəncərə başlıqları yarım dairəvi formadadır. Girişi şərqdəndir. Pirin mərkəzi hissəsində müsəl man dəfn adətlərinə uyğun olan qəbir vardır. Burada kimin dəfn olunduğu bilinmir. Qəbir daşlarında kitabə yoxdur.
İmminin ocağı
İmminin ocağı — Şərur rayonunun Zeyvə kəndində ziyarətgah. Vaxtilə pirin ətrafında dördkünc fоrmalı möhrə divar оlmuşdur. Möhrə divar dağıldığından pir binası bərpa оlunmuş və оnun yerində daşdan, hündür kürsülük üzərində, dördkünc fоrmalı bina tikilmişdir. Pirin içərisində sənduqə tipli üç qəbir daşı vardır. Qəbir daşlarının bəzisinin üzərində ərəb əlifbasında yazı оlsa da, оxunmaz hala düşmüşdür. Bu tip sənduqələr Оrta əsrlərin inkişaf etmiş mərhələsi üçün xarakterikdir. Pir xalq arasında İmminin оcağı adlanır. == Mənbə == “Naxçıvan abidələri ensiklopediyası”, Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 210.
İnan ocağı
İnan ocağı —Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Alışar kəndində ziyarətgah. == Haqqında == Vaxtilə ətrafında möhrədən tikilmiş ev olub. Rəvayətə görə burada bir qoca kişi və qadın yaşayırmış. Yuxuda onlara deyiblər ki, bu yerin sahibi var, buradan çıxın. O vaxtdan qocalar evi tərk edib və həmin ev ziyarətgaha çevrilib. Onun mərkəzi hissəsində böyük bir qara daş var. Hazırda pirin binası bərpa edilməkdədir.
Şıxbaba ocağı
Şıxbaba ocağı — Şərur rayonunda, Təzəkəndin cənubunda ziyarətgah. Pir son zamanlar bərpa olunmuş, lakin Araz çayının daşması ilə yenidən dağılmışdır. Pir binasının qalıqları dördkünc formalıdır. Binanın yaxınlığında bir-birinin üzərinə yığılmış qara daşlar var. Ziyarətçilər dilək tutaraq həmin daşların arasında şam yandırırlar. Xalq arasında olan rəvayətə görə Püsyan kəndinə gələn və özünü heç kəsə bəlli etməyən Şıxbaba burada qeyb olmuşdur. Pirin ətrafından Orta əsrlərə aid keramika məmulatı tapılmışdır. Pirdə toplanan qara daşlar Erkən tunc dövrünə aid əmək alətləridir. Belə hesab etmək olar ki, pir qədim yaşayış yerinin ərazisində yaranmışdır. Piri e.ə.
Əcəm Ocağı
Əcəm Ocağı – digər bir adı Gənc Oğlanlar Ocağı Osmanlı İmperiyasında ordu üçün əsgərləri və başqa piyada qismi olmaq üzrə qapıqulu ordusunun ehtiyac duyduğu əsgərləri öyrətmək üçün qurulmuş olan ocaqdır. Osmanlı dövlətinin öz təbəsi olan xalqların qeyri müsəlman olanların və xüsusən Balkanlardan 8–18 yaş arasında uşaq və gənclərin yığılması ilə tətbiq olunan dəyişdirmə sistemi ilə mənbəni təmin edən Əcəm Ocağında əksəriyyəti əsgər bəzən də saray üçün işçilər yetişdirilirdi. Osmanlı Dövlətinin sərhədləri içərisində olan ailələrin birdən artıq uşağı olsa uşaqlardan biri alınıb Əcəm ocağına göndərilirdi. Əgər o uşaq Xristian ailələrdən olmuş olurdusa əvvəl (bəzən Bəktaşi) bir türk ailəsinə verilirdi. Beləliklə türkcə öyrənmələri və Türk-İslam ənənələrinə görə tərbiyə edilmələri təmin olunur, ondan sonra Əcəm Ocağına göndərirdilər. Sonra Əcəm Ocağında müəyyən bir müddət ərzində uşaqların zəkaları və istedadları kəşf edilirdi. İstedadlılar Yeniçəri ocağına, zəkası üstün gələn uşaqlar isə təhsillərinə davam etmək üçün saray məktəbinə gedirdilər. Qayda-qanununa görə müharibələrdə alınan əsirlərin beşdə birinin dövlət hesabına yetişdirilməsi üçün Əcəm Ocağına verilənlərə Əcəm oğlanı deyirdilər. Burada aldıqları təhsillərinin sonunda uğurlarına görə ya Endurun və digər saraylara gedirlər, ya da başda Yeniçəri Ocağı olmaqla Qapıqulu ocaqlarına aparılırdılar və Əcəm ocağındakı şəxslərin osmanlı xalqından olması qadağan idi. Bu əsgərlər yığım sistemi ilə yaranır və bu uşaqlardan ağıllı və zəkalı olanlar masa başı işləri görər, komandanlıq edirdilər.
Ata ocağı
Ata ocağı bədii serialı baş ssenarist Valeh Əhmədov,rejissor Rüfət Şahbazov və prodüser Amiran Babayev tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Xəzər televiziyasında istehsal edilmişdir. Serial psixoloji dram janrındadır. Əsas rolları Rəşad Bəxtiyarov, Qurban İsmayılov, Həmidə Ömərova, Rasim Cəfərov, Mənsurə Əhmədova ifa edirlər. Serial həftəiçi hər gün saat 22:00-da "Xəzər TV" yayımlanır. 3 avqust 2023-cü ildə final edərək bitmişdir. Serialın bəstəkarı Tərlan Məmmədhüseynovdur. == Məzmun == Serial psixoloji dram janrındadır. Ailə münaqişəsindən bəhs edir. Ailəsinin sosial durumu ilə razılaşmayan övladlar ailə içində qütbləşir.
Ülkü ocağı
Ülkücülük və ya Türkeşçiliq — Alparslan Türkeş və Milliyətçi Hərəkat Partiyası xəttində keçirilən təşkilatlanmanın adıdır. === Mənşə === Adının mənşələri Ziya Göyalp 'ın istifadə etdiyi "Milli məfkurə (ideal)"' və Nihal Atsız və Türkçülərin istifadə etdikləri "Milli ülkü" terminlərinə qədər uzanır. 1950-1953 illəri arasında Türk Milliyetçileri Dərnəyi tərəfindən istifadə edilmişdir. Ülkü, söz mənası baxımından "ideal" deməkdir. Ülkücülük isə, "idealizm" in qarşılığıdır. Türk Ocağı bünyəsində iştirak edən və Türkçülük axınını milli siyasət olaraq yerləşdirmək istəyən Hüseyn Nihal Atsız dövrün baş naziri Şükrü Saraçoğluna Orhun Jurnalında 1 mart 1944-cü ildə yenə bir ay sonra 1 Aprel 1944-cü ildə olmaq üzrə iki açıq məktub qələmə alır. Məktubda dövlətin Atatürk zamanındakı Türkçülük oxunda uzaqlaşdığını, xarici təsirlərin artdığını yazır. Dövrün Milli Təhsil Naziri Həsən Əli Ucal, Nihal Atsız və yoldaşlarının fikirlərini təhlükəli görərək məhkəməyə verir. O dövrdə Nihal Atsızın yanına gəlib getməkdə olan gənc bir baş leytenant olan Alparslan Türkeş də Həbs arasındadır. 3 may 1944 günü Nihal Atsız və yoldaşlarının tutulmasına etiraz edən, minlərlə gəncdən ibarət olan böyük bir qrup, Ankara Adliyesine Ulus meydanına qədər gedər.
Alı Xəlifə ocağı
Alı Xəlifə ocağı - Laçının Böyük Seyidlər kəndində yerləşən ziyarətgah. == Tarixi == Laçının ərazisindəki memarlıq abidələrinin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Bu yerlərdəki müqəddəs məkanlara gəlincə isə Qarabağın ən ağır seyidlərindən sayılan Alı Xəlifə həmin kənddə dünyasını dəyişmişdi və məzarı üstündə sərdabə tikilmişdir. Ulu səcdəgahlardan biri də məhz Alı Xəlifənin ocağı idi.Sərdabəsi kənd qəbiristanlığındadır. Onun müqəddəs məzarı Qarabağ camaatının ən ulu səcdəgahlarından biridir. 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Həmçinin bax == Laçın Laçın abidələrinin siyahısı Laçın rayonu Seyidlər kəndi == İstinadlar == == Xarici keçidlər == "Ziyarətgahlar diyarı - Laçın". ahlibeyt.az. İstifadə tarixi: 10 avqust 2021. "Laçın rayonunun vandalizmə məruz qalmış abidələri".
Axura Qaradağ Ocağı
Axura Qaradağ Ocağı — Şərur rayonundakı ziyarətgah == Haqqında == Ocağın mərkəzində nəhəng prizmatik-konusvarı formalı qara daş var.; daşın ətrafında kiçik ölçülü bir neçə daş düzülmüşdür. Əfsanəyə görə, qara daş göydən zühur etmiş ana, ətrafındakı daşlar isə onun övladlarıdır. Odur ki,ocağa yalnız qadınlar və uşaqlar gedə bilər. Arzu və niyyətinin həyata keçməsini istəyən şəxslər ocağa nəzir deyir, arzularına çatdıqda ortaya nəzir aparırlar. Axtarışlar nəticəsində ocağın həyətindən XIII əsr- XIV əsrlərə aid saxsı qab qırıqları aşkar edilmişdir. Görünür, ocaq da həmin dövrə aiddir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Azərbaycan tanıtım ocağı
Azərbaycan tanıtım ocağı (ATO) Təbriz universitetinde 2006 dan bəri çalışan öyrənci təşkilatı. Azərbaycanlı öyrənciləri öz doğma yurdlarının ictimai-iqtisadi və kültürəl problemlərinə hassaslatmaq yanında bilimsəl tədqiqat aparmaq və öyrınciləri umum Azərbaycan məsələlərinin həlli üçün fəallaştırmaq Atonun əsas amacıdır.
Hacı Qaraman ocağı
Hacı Qaraman ocağı — Cəbrayıl rayonunda Çələbilər kəndinin ərazisində, Hacı Qaraman (Əhməd) Çələbinin məzarı yerləşən ziyarətgah. Hacı Qaraman Çələbi Əhmədli dövrünün sayılıb-seçilən kəramət şeyxlərindən olub, mükəmməl dini – mədrəsə təhsili almışdır. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. == Tarixi == Hacı Qaraman ziyarətgahı Əhməd Çələbinin dəfn olduğu məzar (Çələbi – Çələbi sözu dini və dünyəvi termin olub hakimiyyətlərin, şahzadələrin ləqəbi kimi işlənib, Allahı sevən, yazıcı, şair, bilici mənalarını verir). XIII əsrin birinci yarısında – Monqol yürüşləri dövründə Kiçik Asiyadan (əsasən Türkiyə ərazilərindən) məşhur Qaraman tayfasının (Qaraqoyunlu hökmdarı Qara Yusifin sərkərdəsi Qaraman, Qarabağ hakimi Əmir Yaəhməd, I Şah Abbasın Şamaxıya hakim təyin etdiyi Zülfüqar Xan da Qaraman tayfasından idilər) tərkibində Azərbaycana gəlmələri tarixdən məlumdur. Cələbilərin adlı-sanlı başçılarından olan Hacı Qaraman XIII–XIV əsrlərdə Cəbrayıl ərazisinə gəlmiş, əvvəlcə Niftalılar və Nüsüs kəndləri arasındakı yerdə özünə məskən salmış, sonralar Cələbilər kəndinə köçmüşdür. Ona görə də Hacı Qaramanın dəfn edildiyi məzar sonralar "Ocaq" kimi müqəddəsləşdirilmişdir. Cələbilər kəndindəki məscid isə Məhəmməd ibn Hacı Qaraman Əhmədli tərəfindən Hicri 1088-ci ildə (Miladi 1678) inşa edilmişdir. Hacı Qaramanın adı məşhur oğuz türk tayfasından olan Qaraman tayfasının adından götürülmuşdur. == Ziyarətgah == Hacı Qaraman ocağı ziyarətgahı Cəbrayıl rayonunun Çələbilər kəndində yerləşir.
Həzrət Abbas ocağı
Həzrət Abbas ocağı-Ağcabədi şəhərindəki inanc yerlərindən biri. == Tarixi == Bəzən el arasında bu ocağa Ayna ocağı da deyirlər. Keçmişdə bu ocağın yeri düzəngahlıq olub. Burada bir qoca arvad yaşayırmış. Bir gecə həmin arvada yuxuda deyirlər ki, daxmanın ətrafında qədim, müqəddəs bir qəbir var. Ətrafına ağac sancmış, ora içində kimyə olan bir kasa qoymuşuq; o yerin adı Həzrət Abbas ocağıdır. Get, bu barədə camaata danış. Arvad yuxusunu heç kəsə danışmır. Gecə arvad həmin yuxunu təkrar "görür" . Səhəri gün arvad yuxusunu gedib ağsaqqallara danışır.
Mürsəl Ocağı Türbəsi
Mürsəl ocağı türbəsi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. == Haqqında == Şəhərin mərkəzi bazarının yanında olan "Mürsəl ocağı" türbəsi şəhərin Əttarlar məhəlləsindəki köhnə qəbiristanlıqda tikilib. Sovet dövründə 1954-cü ildə qəbiristanlığın ərazisində şəhər mərkəzi bazarı salınmışdır. Türbə indi həmin bazarın ərazisindədir. Türbə restavrasiya olunaraq XX əsrə aid memarlıq abidəsi kimi qorunur.
Yaralı Sultan ocağı
Yaralı Sultan ocağı — Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Xıncab kəndində ziyarətgah. Bina dördkünc formalı kərpic tikintidən ibarətdir. Girişi cənub tərəfdəndir. Damı günbəzşəkilli örtüklə tamamlanmışdır. İçəri üzündə künclər bir-biri ilə tağbəndlərlə birləşdirilərək günbəzə keçid yaradılmışdır. Bu memarlıq üslubu orta əsr Azərbaycan arxitekturası üçün xarakterikdir. Pirin binası şərq divarda və günbəzdə olan pəncərələr vasitəsilə işıqlandırılmışdır. Vaxtilə pirin kitabəsi olmuş, lakin indiyədək saxlanmamışdır. Pirlə bağlı xalq arasında müxtəlif rəvayətlər vardır. Onun ətrafından Orta əsrlərə aid şirli və şirsiz saxsı qabların parçaları tapılmışdır.
Ziya Ocağı (1991)